Gələcəyini "Qəbələ"yə bağlayan yeni ad - VİDEOLAR

14 Avqust 2020 21:20 Qəbələ 1 106
Gələcəyini "Qəbələ"yə bağlayan yeni ad - VİDEOLAR

«Qəbələ» yeni mövsüm öncəsi ikinci legioner transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, ölkə kubokunun son sahibi "Tirana"dan (Albaniya) dəvət etdiyi Yurgen Qoxanın ardınca, Stefan Vukçeviçi rənglərinə bağlayıb.

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub.

Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM