"Qəbələ" ilə müqavilə bağlayan alban oğlu - VİDEOLAR

11 Avqust 2020 16:00 Qəbələ 724
"Qəbələ" ilə müqavilə bağlayan alban oğlu - VİDEOLAR

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” heyətini alban müdafiəçi Yurgen Qoxa ilə gücləndirib.

28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçinin ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb.

O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi