“Kim deyir ki, AFFA bizim qarşımıza belə şərt qoyub?

10 Avqust 2020 13:12 Qəbələ 1 133
“Kim deyir ki, AFFA bizim qarşımıza belə şərt qoyub?

“Əvəzedici komandamızın birinci divizionda çıxış edəcəyi yalan söhbətdir“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qəbələ“nin baş meneceri Zaur Əzizova məxsusdur.

Son günlər gəzən söz-söhbətə inansaq, “Qəbələ”nin əvəzedici heyəti birillik fasilədən sonra yenidən birinci divizionda çıxış edəcək. İddiaya görə, kluba 1,5 milyon manat yardım edən AFFA “qırmızı-qaralar”ın qarşısına bununla bağlı şərt qoyub.

Ancaq Zaur bəy bunu təkzib edib: “Kim deyir ki, AFFA bizim qarşımıza bununla bağlı şərt qoyub? Belə bir şey yoxdur. Əsas komandanı çətinliklə ayaqüstə saxlayırıq. Büdcəmiz əvəzedicilərin divizionda mübarizə aparmasına imkan vermir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”