"Maddi vəziyyətimiz onu “Qəbələ”də saxlamağa imkan vermir"

9 Avqust 2020 21:20 Qəbələ 1 288
"Maddi vəziyyətimiz onu “Qəbələ”də saxlamağa imkan vermir"

Müqavilə ilə “Qəbələ”yə məxsus olub, ötən mövsümü İsrail "Hapoel İroni"sində keçirən Ceyms Adeniyinin də qarşıdakı mövsümü harda keçirəcəyi dəqiqləşməyib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı forvard mediaya açıqlamasında yaxın vaxtlarda Azərbaycana gələcəyini və “Qəbələ” rəhbərliyi ilə görüşüb gələcək taleyinə aydınlıq gətirmək niyyətində olduğunu bildirib:

“Pandemiyadan əvvəl "Hapoel" "Qəbələ"yə müraciət edib transfer məbləğini müzakirə etmək istəyirdi. Təəssüf ki, koronavirus hər şeyi məhv etdi və klubun transfer üçün bu qədər pulu olmadı.

Mən indi Nigeriyadayam. "Qəbələ" ilə hələ birillik müqaviləm var. Nigeriyadakı hava limanı fəaliyyətə başlayanda komandama qoşulmaq üçün Azərbaycana gələcəm”.

Nigeriyalı hücumçunun “Qəbələ”də qalıb-qalmayacağını da Əzizovdan öyrəndik. Baş menecer bunun qeyri-mümkün olduğunu bildirdi: “Adeniyi yüksək ödənişli forvarddı.

Maddi vəziyyətimiz onu “Qəbələ”də saxlamağa imkan vermir. Ceymslə hələ birillik anlaşmamız olduğundan hücumçunu başqa kluba icarəyə verməyi düşünürük.

Bildiyim qədər bir-iki İsrail klubu onu heyətinə qatmaq istəyir. Forvard klub seçimində sərbəstdi. Onu qane edən təklif olsa, yenidən icarəyə verməyə hazırıq. Hələ ki nigeriyalı ilə bağlı bizə rəsmi müraciət edən olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti