“Qəbələ“dən gələn təklif mənim üçün gözlənilməz oldu“

8 Avqust 2020 20:00 Qəbələ 1 738
“Qəbələ“dən gələn təklif mənim üçün gözlənilməz oldu“

“Bu təklif mənim üçün gözlənilməz, eyni zamanda, şad oldu“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Xaqani Məmmədrv deyib.

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Klubun futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.

Futbolçu kimi Azərbaycan millisinin də şərəfini qorumuş (1997-2008), karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından bu klubda çalışan məşqçi 2019/20 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.

X.Məmmədov yeni işi haqda bunlarıı söyləyib: “Qəbələ“ mənim öz doğma klubumdur. Uzun müddətdir burada çalışıram. İki ay öncə akademiyada çalıışan məşqçiləri məzuniyyətə göndərmişdilər.

Sevinirəm ki, indi yenidən doğma klubumdayam. Bir illik müqavilə imzlamışam. Əsas komandada çalışmağı hər məşqçi istəyər. Həm rəhbərliyə, həm də Elmar Baxşıyevə minnətdaram ki, mənə güvəndilər.

Bundan sonra bütün bacarığımı ortaya qoyacam ki, onların etimadını doğruldum. Bu, böyük məsuliyyətdir. Gənc və mehriban kollektivimiz var. Qarşımıza qoyulan məqsədi bilirik. Yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Məncə, buna gücümüz çatar.

Şəraitimiz normaldır, hər şey əvvəl olduğu kimi qalır. Bildiyimə görə, maddi vəziyyət də get-gedə yaxşı olmalıdır. “Qəbələ“yə yaxşı bələdəm və yeni işimdə uğurlu olacağıma inanıram. Elmar Baxşyevlə əl-ələ verib, yaxşı komanda yaradacağıq“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı