"Neftçi"nin baş məşqçisinin qardaşıı "Qəbələ"ni çalışdıracaq

8 Avqust 2020 12:02 Qəbələ 1 146
"Neftçi"nin baş məşqçisinin qardaşıı "Qəbələ"ni çalışdıracaq

"Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, klubun akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/2020 mövsümündə çempion adını qazanıb.

Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997 - 2008) Məmmədov karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/2008 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.

Bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından klubda çalışan məşqçi 2019/2020 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.

Xaqani Məmmədov "Neftçi"nin çalışdırıcısı Füzuli Məmmədovun qardaşıdır və yaxşı reputasiyaya malikdir.

Digər Xəbərlər
Xəbər Lenti