“Qəbələ” məşqçisi ilə vidalaşdığını rəsmən açıqladı

8 Avqust 2020 09:14 Qəbələ 773
“Qəbələ” məşqçisi ilə vidalaşdığını rəsmən açıqladı

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik rəsmiləşib.

Sportinfo.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.

2019-cu ilin oktyabrından klubda çalışan mütəxəssis 2019-2020-ci illər mövsümündə məşqçi funksiyasını yerinə yetirib.

Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran komanda 23 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti