"Qəbələ"dən yeni açıqlama: "Bizə bəlli bir büdcə verilib"

7 Avqust 2020 22:40 Qəbələ 921
"Qəbələ"dən yeni açıqlama: "Bizə bəlli bir büdcə verilib"

«Gilan Holdinq» təsisçimizdir və hərzamankı kimi kluba diqqət göstərir».

Bu sözləri Sportinfo.az-a açıqlamasnda «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

Bilindiyi kimi, AFFA Premyer Liqadak yeganə əyalət təmsilçisinə maliyyə yardmı ayırıb. 1,5 milyon manat hissə-hissə «qırmızı-qaralar»a ödəniləcək.

Həmçinin «Jalə» və «Milla» şirkətlərinin də ötən mövsüm olduğu kimi, bölgə komandasına sponsor dəstəyi verməsi gözlənilir. Nə qədər? Əzizovu dinləyək:

«Mən bu barədə sizə detallı məlumat verə bilməyəcəm. Çünki özüm də bilmirəm. Bizə bəlli bir büdcə verilib və ona uyğun olaraq, əsas komandanı formalaşdırmağa çalışırıq. Əlavə sponsorlardan xəbərsizəm».

Digər Xəbərlər
Xəbər Lenti