"Həm "Qarabağ"da, həm də "Neftçi"də oynaya bilərdim"

30 İyul 2020 17:52 Qəbələ 1 218
"Həm "Qarabağ"da, həm də "Neftçi"də oynaya bilərdim"

İsrailin "Hapoel İroni" klubu ilə icarə müqaviləsi başa çatan Ceyms Adeniyi məxsus olduğu "Qəbələ"yə qayıdacaq.

Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu yaxın vaxtlarda Azərbaycana gələcəyini deyib:

"İsrail çempionatında oynamaq mənim üçün böyük təcrübə və yeni bir sınaq idi. Azərbaycandan sonra yeni liqada oynamışam. Liqa və kubok oyunlarında üç qol vurdum. Əlbəttə, zədə olmasaydı, daha çox qol vura bilərdim. Allaha şükür, qayıtdım və gücləndim.

Pandemiyadan əvvəl "Hapoel" "Qəbələ" ilə keçidim üçün transfer məbləğini müzakirə etmək istədi. Ancaq təəssüf ki, koronavirus hər şeyi məhv etdi və klubun transfer üçün bu qədər pulu olmadı. Mən indi Nigeriyadayam. Pandemiyanın dünyada yayıldığı bir vaxtda ailəm mənə ehtiyac duydu.

"Qəbələ" mənim komandamdır. Hələ bu klubla bir illik müqaviləm var. Nigeriyadakı hava limanı fəaliyyətə başlayanda komandama qoşulmaq üçün Azərbaycana gələcəyəm. Hər komandanın mövsüm üçün müəyyən bir büdcəsi var. Mən də "Qəbələ"nin büdcəsinin bir hissəsiyəm".

27 yaşlı futbolçu "Qarabağ" və "Neftçi"dən təklif alması barədə gəzən iddialara münasibət bildirib və İsraillə Azərbaycan çempionatlarını müqayisə edib:

"Xeyr, bu klublardan təklif almamışam. Amma həm "Qarabağ"da, həm də "Neftçi"də oynaya bilərdim. Bunlar Azərbaycanın ən yaxşı komandalarından biridir.

İsrail çempionatının Azərbaycan çempionatından güclü olduğunu deyə bilmərəm. İsraildə yalnız çox sayda xarici və təcrübəli oyunçu oynayır. Bu baxımdan İsrail liqası Azərbaycan çempionatından fərqlənir" (azerisport.com).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"