Rövnəq Abdullayev tapşırdı, "Qəbələ"yə 1,5 milyon ayrıldı

28 İyul 2020 16:00 Qəbələ 3 596
Rövnəq Abdullayev tapşırdı, "Qəbələ"yə 1,5 milyon ayrıldı

AFFA-nın «Qəbələ»yə etdiyi yardımın məbləği müəyyənləşib.

Sportinfo.az-ın öncəki həftələrdə yaydığı xəbər doğrulub: federasiya maliyyə çatışmazlığı ilə üzləşən əyalət klubuna 1,5 milyon manat ayırıb.

Bu, birbaşa qurumun prezidenti Rövnəq Abdullayevin göstərişi ilə rəsmiləşib. Premyer Liqada çıxış edən yeganə bölgə klubunun fəaliyyətini dayandırmasını istəməyən AFFA rəhbəri bu dəstəyi davam etdirəcək.

«Qəbələ» 1,5 milyon manatı federasiyadan mərhələli şəkildə alacaq. «Qırmızı-qaralar» aylıq xərcləri barədə AFFA-nı məlumatlandıracaq və hər rüb hesabat verəcək. Buna əsasən, SOCAR-ın audit komissiyası istənilən vaxt klubda maliyyə yoxlaması aparmaq səlahiyyətinə yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"