"Qəbələ" 3 legionerlə danışıqlar aparır – RƏSMİ AÇIQLAMA

27 İyul 2020 14:08 Qəbələ 1 348
"Qəbələ" 3 legionerlə danışıqlar aparır – RƏSMİ AÇIQLAMA

«Qəbələ» yeni mövsümdə 6-7 legionerin xidmətindən istifadə edəcək.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, Merab Qiqauri, Rodriqo Qattas və Yaovi Akakponun növbəti «futbol ili»ndə də qırmızı-qara formanı geyinməsi dəqiqləşib. Hazırda daha 3 legionerlə müqavilənin yenilənməsi istiqamətində danışıqlar gedir.

Bunlar fransalı Abdelrafik Jerar, sloveniyalı Nikolas Raysel və ispaniyalı Fernan Lopezdir: «Onlara öz şərtlərimizi demişik. Hesab edirik ki, bu futbolçular komandamıza fayda verə bilər. Hər halda bu mövsüm onların potensialını gördük. Ümid edirik ki, danışıqlar uğurla başa çatacaq».

Digər Xəbərlər
Xəbər Lenti