"Rəhbərlik mübariz komanda yaratmaq fikrindədir"

26 İyul 2020 22:40 Qəbələ 1 122
"Rəhbərlik mübariz komanda yaratmaq fikrindədir"

"Artıq 6 gündür məşqlərə başlamışıq, hər şey qaydasındadır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

Kapitan komandanın yeni mövsümə hazırlığı barədə danışıb: "Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Karantinlə əlaqədər uzun müddət idi, futboldan kənar qalmışdıq.

Məşqlərə başlamışıq, sevinirik. Həm də bir qədər çətindir. Çünki yükləmələr olur. Bu da gözlənilən idir Bu yay "Qəbələ"dən çox sayda futbolçu ayrıldı.

Futboldur, bu gün buradasan, sabah başqa yerdə. Yəqin ki, yeni gələnlər olacaq. Rəhbərlik mübariz bir komanda yaratmaq fikrindədir".

Digər Xəbərlər
Xəbər Lenti