"Rəşad Sadıqovdan gözləntilər böyükdür"

27 İyul 2020 10:52 Qəbələ 992
"Rəşad Sadıqovdan gözləntilər böyükdür"

"Qəbələ"nin kapitanı Anar Nəzirov Sportinfo.az-a müsahibə verib.

- Toplanış necə keçir?
- Məşqlərə başlamışıq, hər şey qaydasındadır. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Karantinlə əlaqədər uzun müddət futboldan kənar qalmışdıq. Məşqlərə başlamışıq, sevinirik. Həm də bir qədər çətindir. Çünki yükləmələr olur. Bu da gözləniləndir.

- Bu yay "Qəbələ"dən çox sayda futbolçu ayrıldı. Gedənləri əvəzləyəcək transferlər isə hələ olmayıb. Bu məqam gələcəyə bir qədər ümidsizlik yaratmır?
- Futboldur da… Bu gün burdasan, sabah başqa yerdə. Yəqin ki, yeni gələnlər də olacaq. Rəhbərlik mübariz bir komanda yaratmaq fikrindədir.

- Uzun müddət "Qəbələ"də çıxış etmiş Cavid Hüseynov 1 ildən sonra yenidən geri qayıtdı. Səncə, Cavid əvvəlki qədər komandaya faydalı ola biləcək?
- Cavid öz evinə qayıdıb. İnanıram ki, o, əlindən gələni komandası üçün edəcək.

- Premyer Liqa klubları toplanış üçün Qəbələdə toplaşıb. Bu, bir növ məcburiyyətdən atılan addımdır. Düşünmürsən ki, gələcəkdə də klublar öz istəyi ilə bura toplanışa gələ bilər? Ümumiyyətlə, bunu ənənə halına salmaq olar?
- Özüm gördüyüm və mətbuatdan oxuduğum qədər hamı buradan razıdır. Həqiqətən də ideal şərait var. İstər meydançalar, istərsə də otellərlə bağlı. Həm də klubların hamısının Qəbələdə olmasına görə yoldaşlıq oyunları üçün rəqib tapmaq da problem deyil.

- Toplanış müddətində artıq "Zirə" ilə yoxlama görüşü də keçirdiz.
- Hər iki komanda üçün faydalı oldu. Baxımlı oyun keçdi. Belə davam etsək, yaxşı nəticələrə nail ola bilərik. Uşaqlar əllərindən gələn mübarizəni apardılar. Akademiya uşaqları meydanda daha çox təşkil edirdi. Oyunları gələcəyə ümid verdi.

- Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov idi. Bu oyun həm də onun üçün "Zirə"də debüt oldu. Səncə, Sadııqov baş məşqçi kimi də uğurlu ola biləcək?
- Rəşad haqqında çox danışmağa ehtiyac yoxdur. Hər kəs onun xarakterini, nə istədiyini yaxşı bilir. Onun özündən və o baş məşqçidir deyə, "Zirə"dən də gözləntilər böyükdür.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”