"QƏBƏLƏ": "Yəqin ki, baş məşqçi belə məsləhət görüb"

26 İyul 2020 09:40 Qəbələ 1 172
"QƏBƏLƏ": "Yəqin ki, baş məşqçi belə məsləhət görüb"

«Bu qərarın verilməsində təəccüblə heç nə yoxdur, müqaviləsi bitmişdi».

«Qəbələ»nin baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasında məşqçi Azər Bağırovun klubdan ayrılmasına münasibət bildirib.

Klub rəsmisi Elmar Baxşıyevin köməkçisinin sözləşmə müddətinin bitməsini xatırladıb: «Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.

Məşqçi korpusunu Elmar Baxşıyevə müəyyənləşdirir. Yəqin ki, o da bir yenilik etmək istəyib. Yəni ki, bu, qeyri-adi bir şey deyil, məşqçilər korpusu bəzən dəyişə bilər.

Yəqin ki, baş məşqçi belə məsləhət görüb. Hələlik Baxşıyevlə yeni köməkçi haqda söhbətimiz olmayıb. O, kiminlə işləyəcəyini yalnız özü müəyyənləşdirə bilər. İndi burada söhbət «Pro» dan getmir.

Baxşıyevin «A» kateqoriyası var. Bu kateqoriya ilə komandanı baş məşqçi kimi ölkədaxili yarışlarda meydana çıxarmasında problem yoxdur. Yalnıız avrokuboklara gedəndə baş məşqçidən «Pro» tələb olunur».

Digər Xəbərlər
Xəbər Lenti