"Qəbələ"nin düşdüyü bugünkü durum insanı üzür"

25 İyul 2020 20:40 Qəbələ 973
"Qəbələ"nin düşdüyü bugünkü durum insanı üzür"

«Qəbələ» ilə yaxından maraqlanıram, axı mənim orada yaxşı günlərim olub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin sabiq baş məşqçisi Fatih Kavlak deyib.

2012-2013-cü illər aralığında əyalət təmsilçisini çalışdırmış türkiyəli mütəxəssis klubun düşdüyü hazırkı vəziyyətdən xəbərdardır: «Qəbələ»nin Azərbaycan futbolu üçün gördüyü işlər göz qabağındadır.

Mənim bu klubla bağlantılarım hər zaman davam edib. Klubun baş meneceri Zaur Əzizov o zaman bərabər çalışdığım bir isimdir. Onunla yaxınam. Tez-tez əlaqə saxlayırıq, həm futbol, həm də kənar sahələrlə bağlı fikir alış-verişi edirik.

«Qəbələ»nin durumundan zaman-zaman danışırıq. Mənim üçün dəyərli bir klubdur. Gözəl bir yerdir. Baş məşqçi olaraq ilk dəfə «Qəbələ»də çalışmışam.

Hələ mənim oradan ayırldığım 2013-cü ildən etibarən Azərbaycan futbolunda şərtlər geriyə getməyə başlamışdı. Bunun mənfi təsirini görən klublardan biri də «Qəbələ» oldu.

O cür baza, o cür infrastruktura malik klubun düşdüyü bugünkü durum insanı üzür. Hər sahədə olduğu kimi, bəzən futbolda da belə şeylər yaşanır.

Xatirələrim çoxdur. Onların hamısı indi də yadımdsadır. Yenə də ümid edirəm ki, bir müddət sonra «Qəbələ» yaxşı vəziyyətə gələcək».

Digər Xəbərlər
Xəbər Lenti