"Cavid ilə pul söhbəti eləmədik, vəziyyəti bilir"

25 İyul 2020 14:08 Qəbələ 1 041
"Cavid ilə pul söhbəti eləmədik, vəziyyəti bilir"

«Cavid Hüseynov tanıdığımız və bildiyimiz futbolçudur, qayıdışı təəccüb doğurmamalıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi ötən yay «Zirə»yə yollanmış keçmiş kapitanın düşərgəyə dönməsinin təsadüfi olmadığını bildirib. O, yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayacaqlarını söyləyib:

«Cavid uzun illər komandamızda çıxış edib. Keçən yay da buradan ayrılmaq istəmirdi, son ana kimi gözlədi. Vəziyyət elə gətirdi ki, onda getməli oldu.

«Qəbələ» üçün xidmətləri çox olub. Bütün bunları nəzərə alaraq, onunla əlaqə saxladıq və geri dönməsini istədik. Dedik ki, gəl Qəbələyə, komandayla məşqlərə qoşul. O da heç bir söz demədən gəldi.

Maddi şərtlər? Cavid ağıllı futbolçudur, klubumuzun vəziyyətindən xəbərdardır. Bilir ki, əvvəlki maliyyə yoxdur. Ona görə də bu barədə heç nə soruşmadı. «Qəbələ» ilə onun arasında pul söhbəti ikinci dərəcəli məsələdir».

Digər Xəbərlər
Xəbər Lenti