“Qəbələ” daha 2 legioneri razı saldı

23 İyul 2020 19:45 Qəbələ 1 236
“Qəbələ” daha 2 legioneri razı saldı

Xəbər verdiyimiz kimi, “Qəbələ” də başqa klublar kimi təmsil etdiyi rayonda bir araya gəlib.

Sportinfo.az xəbər verir ki, vətəninə yola düşən legionerlərin heç biri hələlik düşərgəyə qayıtmayıb.

Ümumilikdə, komanda 21 futbolçu ilə toplanışa start verib ki, onlardan üçü əcnəbidir Merab Qiqauri və Rodriqo Qattas ilə danışıqlar, demək olar ki, yekunlaşıb.

Yaxın günlərdə hər iksi ilə yeni müqavilə imzalanacaq. Yaovi Akakpo da kollektivlə birgədir.

Komanda üzvləri artıq koronavirus testindən keçiblər. Digər legionerlərin taleyinə gəlincə, onların bəziləri ilə danışıqlar aparılacaq. Yəqin ki, yaxın günlərdə onlarla bağlı suallara da aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM