Tale Heydərov bu il “Qəbələ”yə nə qədər pul verəcək?

20 İyul 2020 23:00 Qəbələ 1 739
Tale Heydərov bu il “Qəbələ”yə nə qədər pul verəcək?

Son iki mövsümdə “Qəbələ”nin maliyyə cəhətdən ağır günlər keçirdiyindən hamının xəbəri var.

Tale Heydərov əlini üzərindən çəkəndən sonra “qırmızı-qaralar”ın büdcəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşüb.

Elə bu səbəbdəndir ki, daim iddialılar arasında görməyə adət etdiyimiz bölgə təmsilçisi istər 2018/19, istərsə də 2019/20 “futbol ili”ndə böyük çətinliklərlə başabaş qaldı, aparıcı futbolçular düşərgəni tərk etdi, səviyyəli legionerlər başqa klublara üz tutdular.

Ağır maddi duruma baxmayaraq, “qırmızı-qaralar” 2019-da tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırmaqla mövsümü titulla başa vurmağı bacardısa, pandemiya səbəbindən yarımçıq başa çatan çempionat qəbələli azarkeşlər üçün qanqaraldıcı oldu. Elmar Baxşıyevin çalışdırdığı kollektiv turnir cədvəlinin sonuncusu oldu.

“Qəbələ”nin yeni mövsümdə fəaliyyət göstərməsinin böyük sual altında olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, əksər əməkdaşlarını ixtisara salan, akademiyada çalışan bəzi məşqçiləri öz hesabına məzuniyyətə buraxan klub bu gedişlə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq, “futbol qəbiristanlığı“nda özünə məzar yeri axtaracaq.

Hadisələrin inkişafı son günlər bir xeyli dəyişib və yeni məlumatlara əsasən deyə bilərik ki, ölkə kubokunun son qalibinin ağır günləri başa çatmaq üzrədir. Belə ki, AFFA İcraiyyə Komitəsinin son toplantısında gündəliyə çıxarılan məsələlərdən biri də “qırmızı-qaralar”ın gələcək taleyi olub.

Uzun sürən müzakirələrdən sonra başbilənlər “Qəbələ”nin yaşamasına qərar veriblər və bunun üçün lazımi tədbirlərin görülməsi qərara alınıb. AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi əsasında “Futbolun İnkişafına Dəstək Fondu”ndan bölgə klubuna 1,5 milyon manat vəsait ayrılacaq.

Bununla bağlı klubun prezidenti Fariz Nəcəfov ilə AFFA rəhbərliyi arasında görüşlər və danışıqlar davam edir. “Qəbələ” ötən ilin dekabrında “Jalə” şirələri, bu ilin əvvəlində “Mila” süd məhsulları ilə sponsorluq müqaviləsi bağlamışdı.

AFFA-nın da kluba maliyyə yardımı edəcəyini nəzərə alsaq, belə çıxır ki, “qırmızı-qaralar” yeni mövsüm üçün normal büdcəyə sahib olacaq.

Federasiyanın ayıracağı vəsait əyalət təmsilçisinin büdcəsinin 50-60 faizini təşkil edəcək. Tale Heydərovun da təq\ribən 1-1,2 milyon manat ayıracağı barədə xəbərlər gəlməkdədir. Bu pulun yarısı sırf akademiyanın saxlanılmasına sərf olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı