Yunanlar transfer bazarında Bakı klubuna uduzdu

18 İyul 2020 12:02 Qəbələ 1 725
Yunanlar transfer bazarında Bakı klubuna uduzdu

Azərbaycanda çıxış edən daha bir futbolçu Yunanıstandan təklif alıb.

Bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. Yerli media mənsubları "Qəbələ"nin vingeri Klesio Bauk "Apollon Smirnis"i n maraq dairəsində olmasını yazıb.

İkinci liqada 2-ci yeri tutaraq elitaya vəsiqə qazanan Afina təmsilçisi heyətini də gücləndirmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, mozambikli oyunçu 2016-2018-ci illərdə Yunanıstanda "Panetolikos"un formasını geyindiyindən, ölkəyə uyğunlaşmaqda problem yaşamaz.

Hətta bildirilir ki, Baukla bir neçə dəfə təmas qurmalarına baxmayaraq, maliyyə baxımından razılıq əldə olunmadığından, 26 yaşlı ön xətt oyunçusunun dönüşü reallaşmayıb.

Bauk 2019-cu ilin yayında "Qəbələ"yə keçib. Onun klubla müqavilə başa çatıb. Görünür, yunanlar afrikalı legionerin artıq "Zirə" ilə anlaşmasından xəbərsizdir. Tərəflər birillik müqaviləyə imza atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti