"QƏBƏLƏ": "Dövrün maliyyə vəziyyəti bizi bu addımı atmağa məcbur edib"

13 İyul 2020 20:00 Qəbələ 954
"QƏBƏLƏ": "Dövrün maliyyə vəziyyəti bizi bu addımı atmağa məcbur edib"

«Qəbələ»nin 81 əməkdaşı iyundan etibarən, ümumilikdə, ikiaylıq öz hesabına məzuniyyətə göndərilib.

Bu barədə Sportinfo.az-a bölgə təmsilçisinin futbol akademiyasının direktor müavini Nail Kərimov bildirib.

Onun sözlərinə görə, dövrün maliyyə vəziyyəti klubu bu addımı atmağa məcbur edib: «Məzuniyyətə göndərilənlər arasında akademiya personalı da az deyil.

Hazırda ümumi kollektivdən 10 nəfər ştatda saxlanılıb, digər əməkdaşlar isə məzuniyyətə göndəriliblər. Ölkədəki mövcud vəziyyət müsbətə doğru dəyişərsə, avqustun ilk günlərindən etibarən məşqlər başlamalıdır.

Belə olan halda biz tezliklə akademiyanın bundan sonrakı fəaliyyəti haqqında yekun qərarlar verməliyik. Lakin hazırda belə bir imkanımız yoxdur, gözləmək məcburiyyətindəyik.

Ümid edirəm ki, həm virus problemi tezliklə aradan qalxar, həm də akademiyamızın fəaliyyəti ən azı əvvəlki tempində davam edər. Bu gün akademiya haqqında səsləndirilən bütün müsbət fikirlərdə kollektivimizin bütünlükdə rolu var.

Bu kollektiv illər ərzində formalaşıb və hazırda komandaları avtomatik yerinə yetirəcək səviyyəyə gəlib çatıb. Heç bir əməkdaşımızla yollarımızı ayırmaq istəməzdik. Xüsusilə də akademiyanın əsas parçası olan direktor Halim hoca ilə. Lakin indi gələcək haqqında konkret fikirlər bildirmək, təəssüf ki, mümkün deyil».

Digər Xəbərlər
Xəbər Lenti