Qurbanov klubunu dəyişməyi qərara aldı

12 İyul 2020 13:40 Qəbələ 1 408
Qurbanov klubunu dəyişməyi qərara aldı

"Qəbələ"nin ötən ilin yayında "Viktoriya"ya icarəyə verdiyi Samir Qurbanov klubundan ayrılacaq.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb 19 yaşlı hücumçunun az şans şans qazanmasıdır.

Çexiyanın II Divizionunda çıxış edən Jirkov təmsilçisi Fərid Nəbiyevdən fərqli olaraq, ona etimad göstərmir. Samir zədəsini xeyli müddət əvvəl sağaltsa da, komandanın oyunlarını kənardan izləməkdə davam edir.

«Viktoriya» 1 illik sözləşməsi gələn yay başa çatacaq forvardı vaxtından əvvəl buraxmağa hazırdır. Halbuki çexlər «Qəbələ»yə ödəniş etməklə onun transfer hüququna tam sahib ola bilərdi. Həmçinin futbolçunun satışından "qırmızı-qaralar" 20 % əlavə gəlir əldə edəcəkdi.

S. Qurbanov 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib.

UEFA Gənclər Liqası turnirində Moldova "Şerif"i və Almaniya "Herta"sına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!