"Çox oxuya bilmirəm, nədənsə yuxuya gedirəm"

9 İyul 2020 11:34 Qəbələ 1 009
"Çox oxuya bilmirəm, nədənsə yuxuya gedirəm"

"Boş vaxtım çox olur və açığı, heç vaxt kitab oxuyacağımı düşünməzdim".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin hücumçusu Ceyms Adeniyiyə məxsusdur.

2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış və ötən yay "Hapoel"ə (Kiryat-Şmona) icarəyə verilmiş nigeriyalı legioner karantin dövründəki məşğuliyyətlərindən söz açıb.

Hazırda İsraildə olan afrikalı forvard hər gün nahardan sonra kitab oxuduğunu qeyd edib: "Artıq iki kitabı oxuyub bitirmişəm və üçüncüyə başlamaq istəyirəm. Mütaliəni hamıya tövsiyə edirəm. Çox oxuya bilmirəm, nədənsə yuxuya gedirəm. Hələlik gün ərzində 40-50 dəqiqə kitab oxuyuram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM