"Futbolçuların bundan əsəbiləşdiyini, gərginlik yaşadıqlarını görmək olar"

8 İyul 2020 18:48 Qəbələ 752
"Futbolçuların bundan əsəbiləşdiyini, gərginlik yaşadıqlarını görmək olar"

"Vorskla"nın Premyer Liqada ikinci "altılıq"da oynamasına, "Dinamo"nun isə ikinci yer uğrunda mübarizə aparmasına baxmayaraq, kubokun finalında favorit yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay Ukrayna kubokunun final matçı öncəsi yerli mətbuata açıqlamasında deyib.

Bu gün Kiyev "Dinamo"su ilə "Vorskla" arasında Xarkovda baş tutacaq həlledici qarşılaşmaya münasibət bildirən Qay Poltava təmsilçisinin baş məşqçisi Yuri Maksimov amilini xüsusi vurğulayıb.

2015-ci ilin yanvarından 2016-cı ilin yayına qədər "Qəbələ"nin formasını geyinən 38 yaşlı sabiq yarımmüdafiəçi 2017/18 mövsümündə Maksimovun "Keşlə"nin sükanı arxasında olarkən Azərbaycan kubokunu qazanmasını nümunə göstərib:

"Kiyevlilər yüksək keyfiyyətli oyun nümayiş etdirmirlər, nəticələr uğurlu deyil və haqlı olaraq tənqid edilirlər. Futbolçuların bundan əsəbiləşdiyini, psixoloji gərginlik yaşadıqlarını və emosional olduqlarını görmək olar.

Bu da onlar üçün mənfi haldır. "Vorskla"da isə emosional yüksəliş var. Üstəlik, "Vorskla"nın baş məşqçisi Yuri Maksimovun kubok təcrübəsi var. Onun rəhbərliyi altında "Keşlə" Azərbaycan kubokunun finalında favorit sayılmadığı görüşdə "Qəbələ"ni məğlub edib.

Bu mütəxəssis yetirmələrini necə motivasiya edəcəyini bilir və şübhəsiz ki, onları qələbəyə inandırmağa çalışacaq. Bu baxımdan mən hətta Poltava klubunu daha şanslı sayıram".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!