“Qəbələ”nin sabiq baş məşqçisi haqda: "Mənim üçün belə adam yoxdur"

2 İyul 2020 13:54 Qəbələ 641
“Qəbələ”nin sabiq baş məşqçisi haqda: "Mənim üçün belə adam yoxdur"

Sabiq SSRİ-nin əməkdar məşqçisi Anatoli Bışovets “Lokomotiv”dən istefaya göndərilən Yuri Syomin haqda danııb.

Sportinfo.az xəbər verir ki, Bışovets “Qəbələ”nin sabiq baş məşqçisi haqda xoş fikirlər səsləndirməyib.

O, həmkarını məşqçi və insan kimi qəbul etmədiyini vurğulayıb: “Bu adam orta səviyyəli bir oyunçu, amma döyüşkən əhval-ruhiyyəli bir adam idi. Onun haqqında bir klub məşqçisi kimi danışa bilərsən.

Syominin perspektivinə gəlincə, onun və mənim futbol və həyat prinsiplərimiz tamamilə fərqlidir. Ona görə də bu barədə fikir bildirməməyə çalışıram.

Biz bu sualı gündəmdən çıxartmışıq. Mənim üçün belə şəxs mövcud deyil. Elə məşqçi də”.

Digər Xəbərlər
Xəbər Lenti