"Neftçi"dən mənə təklif gəlib, böyüklərimlə danışıb, qərar verəcəm"

27 İyun 2020 14:22 Qəbələ 1 377
"Neftçi"dən mənə təklif gəlib, böyüklərimlə danışıb, qərar verəcəm"

"Bəli, "Neftçi"dən mənə təklif gəlib"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Qismət Alıyev deyib.

Bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:

"Neftçi" ilə danışıqlar olub, amma hazırda hansısa razılıq mərhələsinə gəlməmişik. Belə deyim də 100% nəsə yoxdur.

Hazırda "Qəbələ"nin futbolçusuyam. Öz böyüklərimlə və komandamla danışıb, qərar verəcəm. Hər şey ola bilər. Bu dəqiq nəsə deyə bilmirəm.

"Qəbələ" mənə çox doğmadı. 11 ildi burada çıxış edirəm. Rəhbərliklə danışıb, hər şeyi götür-qoy edib qərar verəcəm. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!