"Qəbələ"nin prezidenti: "… o klub dağılsa, daha yaxşıdır"

22 İyun 2020 09:28 Qəbələ 1 322
"Qəbələ"nin prezidenti: "… o klub dağılsa, daha yaxşıdır"

"Mən belə bir yanaşmanı qəbul etmirəm".

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a açıqlamasında belə deyib.

O, AFFA-nın növbəti mövsümdə kluba maliyyə dəstəyi verəcəyinə ümid bəslədiyini bildirib. Bəs bu dəstək sonradan əyalət təmsilçisinin azadlığının əlindən alınmasına gətirib çıxarmayacaq ki?

Bu məqam ilk gündən "Qəbələ"nin uğurları üçün əlindən gələni əsirgəməyən Nəcəfovu narahat edirmi? Fariz bəyi dinləyək:

"AFFA-dan hansısa dəstəyin olması "Qəbələ"nin idarəetməsinə təsir edə bilməz. Bunu birmənalı şəkildə deyirəm ki, başqa yerdən gələn gəlir klubun idarə edilməsinə təsir edirsə, o klub dağılsa, daha yaxşıdır.

AFFA bizə dəstək olacaqsa, bu, ümumlikdə futbolun inkişafına görə olacaq. "Qəbələ" həm bölgə klubudur, həm də bizdə proritet məsələlərdən biri akademiyadan çıxan uşaqlardır.

Hazırda öz klubumuzda, digər Premyer Liqa klublarında və milli komandalarda çox sayda yetirməmiz çıxış edir. Yaxın illərdə bu say daha da artacaq.

Bu baxımdan AFFA-nın "Qəbələ" və ya digər bir kluba dəstəyi, inanmıram ki, həm də klubun işinə qarışmaq kimi olsun. AFFA-nın dəstəyi olmalıdır. Belə hesab edirəm ki, həm bizə, həm də bizim vəziyyətdə olan digər klublara AFFA dəstək olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!