"Rəşad Sadıqov öz sevgisi ilə bunu çoxdan haqq edib"

19 İyun 2020 18:34 Qəbələ 706
"Rəşad Sadıqov öz sevgisi ilə bunu çoxdan haqq edib"

Sportinfo.az “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edir:

- Çempionatın dayandırılması haqda qərar verildi və “Qarabağ” çempion elan edildi. Çempionatın davam etdirilməsini istəyirdiniz, yoxsa ölkədəki duruma görə ləğv olunmasında maraqlı idiniz?

- Hamı kimi biz də çempionatın davam etdirilməsini istəyirdik. Bu qərar düşünülmüş şəkildə verilib. Çempionluq bizim hədəfimiz idi. Bunun sevincini yaşayırıq. Düzdür, yaxşı olardı ki, çempionatı davam etdirək. Ancaq insan sağlamlığı hər şeydən önəmlidir.

- Əvvəl qazandığınız yeddi çempionluq içərisində bu, bir qədər fərqli alındı. Son səkkiz turu oynamadan çempionluğu qeyd etmək necə hissdir?

- Əlbəttə, fərqli hissdir. Amma pandemiyanın yayılmaması əsas şərtdir. Belə olsa, növbəti mövsümü də rahatlıqla keçirə bilərik.

- “Sumqayıt” klubunun məşqləri dayandırdığı deyilir. Sizdə bu baxımdan vəziyyət necədir?

- Bu, məşqçilərə aid olan məsələdir. Hələ ki, bu barədə qərar verilməyib. Bu gün müəyyən ediləcək.

- Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyi bəlli idi. Lakin onun vida qarşılaşması pandemiyaya görə baş tutmadı. Ola bilərmi ki, onu növbəti mövsümün ilk matçında meydanda görək?

- Əlbəttə, Rəşad öz sevgisi, hörməti ilə vida matçı keçirməyi çoxdan haqq edib. Azarkeşlərimiz də bunu çox istəyir. Ancaq indi elə bir qeyri-adi dövrdür ki, hər şeyi istədiyimiz kimi edə bilmirik. İnşallah, ilk fürsətdə bunu etmək planlarımıza daxildir.

- Hər hansı yoxlama matçında və ya rəsmi qarşılaşmada onun vida etməsi mümkündürmü?

- Biz istəyirik ki, Rəşadın Azərbaycan futbolunda, millidə və “Qarabağ”da qazandığı hörmətə layiq vida matçı keçirək. Sadəcə, bunun üçün düzgün zamanı seçmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı