"Qəbələ"nin prezidenti: "Biz mövsümün davam etdirilməsinin tərəfdarı idik"

19 İyun 2020 16:42 Qəbələ 699
"Qəbələ"nin prezidenti: "Biz mövsümün davam etdirilməsinin tərəfdarı idik"

"Əlbəttə, biz mövsümün davam etdirilməsinin tərəfdarı idik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqası və ölkə kubokunun koronavirus pandemiyasına görə yarımçıq dayandırılması qərarına münasibət bildirərkən deyib.

Funksioner bildirib ki, indiki məqamda verilən qərara hansısa reaksiya vermək artıqdır: "Sadəcə, klub olaraq fikrimizi daha öncədən bəyan etmişdik. Çempionatın davam etməsi üçün geniş müzakirəyə ehtiyac var idi. Hansı ki klublar, Peşəkar Futbol Liqası və AFFA müxtəlif ssenarilərə hazır olmalı idi".

F.Nəcəfovun sözlərinə görə, çempionatın Qəbələdə davam etdirilməsi ehtimalı var idi: "Amma dediyim kimi, bütün bunları indi danışmağa ehtiyac yoxdur, çünki ortada verilmiş qərar var".

AFFA İcraiyyə Komitəsinin dünənki iclasında Premyer Liqa və ölkə kubokunun dayandırılması ilə bağlı qərar qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti