"Optimal komanda yaratmaq istəyirik" - “Qəbələ”dən

11 İyun 2020 00:42 Qəbələ 642
"Optimal komanda yaratmaq istəyirik" - “Qəbələ”dən

“Əsas tələbimiz, istəyimiz odur ki, futbolçuları zədədən qoruyaq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevə məxsusdur.

O, mövsümün bərpa olunacaq hissəsinə hazırlıq çərçivəsində baş tutan “Sumqayıt”la yoxlama oyunu (2:2) barədə fikirlərini bildirib: “Məşq proseslərini buna uyğun qurmuşuq.

Lakin nə qədər də çalışsaq, zədələr qaçılmazdır. Bugünkü matçı da bəzi aparıcı oyunçularımız məhz bu səbəbdən buraxdı. Amma yenə ümidliyik.

Çalışacağıq ki, komanda kimi daha yaxşı çıxış edək və yaxşı nəticələr göstərək. Amin Seydiyev müqavilə ilə “Qəbələ”yə məxsusdur. O, qarşıdakı mövsümdə karyerasını “Sabah”da davam etdirəcək.

Amin elə oyunçudur ki, son gücünədək hazırda olduğu komandasına sərf edəcək. Futbolçuların psixoloji durumu qaydasındadır. Uzun müddət futboldan kənar qalsalar da, məşqlərə başlayanda problem yaranmadı.

Onlar tapşırıqları maksimum yerinə yetirməyə çalışırlar. Vaxt azlığı var. Belə durumda olmamışdıq. Təlim-məşq toplanışına gedəndə də bilirdik ki, vaxtımız var və nəyin üzərində işləməliyik.

Amma indi vaxt bizi sıxır. Bu sıxılmış vaxtda optimal komanda yaratmaq istəyirik. İnanıram ki, çempionat oyunlarında komanda getdikcə özünə bənzəyəcək.

Mövsüm hələ bitməyib. Cari mövsümü layiqincə başa vurmaq, daha yüksək pilləyə qalxmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!