"Qəbələ"dən dedilər: "Bu dəyişiklər sırf maliyyə ilə bağlıdır"

7 İyun 2020 18:20 Qəbələ 923
"Qəbələ"dən dedilər: "Bu dəyişiklər sırf maliyyə ilə bağlıdır"

"Qəbələ" Futbol Akademiyasında yeni mövsümdən bəzi dəyişiklər olacağını xəbər vermişdik.

Belə ki, burada çalışan məşqçilərlə yolların ayrılması və onların əvəzinə Qəbələdə yaşayan yerli mütəxəssislərə üstünlük verilməsi gözlənilir.

Məsələ ilə bağlı "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov Sportinfo.az-a bunları deyib:

"Ümumiyyətlə, işçi heyəti ilə bağlı belə məsələlər var. Növbəti il üçün olan planlar haqda indidən nəsə danışa bilmirik. Çünki bu büdcədən, maliyyə məsələlərindən asılıdır. Amma müəyyən dəyişiklərin olacağı gözlənilir. Və bu dəyişiklər sırf maliyyə ilə bağlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!