"Qəbələ" 7 ən bahalı futbolçudan birini Azərbaycana gətirib

30 May 2020 13:12 Qəbələ 1 026
"Qəbələ" 7 ən bahalı futbolçudan birini Azərbaycana gətirib

Belarusun ən bahalı futbolçularının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 7 oyunçu yer alıb.

Onlar arasında karyerası Azərbaycanla bağlı olan futbolçu da var. Bu, Mixail Sivakovdur. 32 yaşlı futbolçunun transfer qiyməti 950 min avro ilə ölçülür. O, siyahıda 6-cı olub.

“Qəbələ”nin sabiq müdafiəçisi 2014/15 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb. Vaxtilə İtaliyanın “Kalyari” klubuna transferi ilə özündən söz etdirən Sivakov 2018-ci ildən Rusiya “Orenburq”unun şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti