"Sabah"ın təklif etdiyi məbləğdən daha sərfəli təkliflər almışdıq" - "Qəbələ" rəsmisi

22 May 2020 21:20 Qəbələ 1 150
"Sabah"ın təklif etdiyi məbləğdən daha sərfəli təkliflər almışdıq" -

"Amin Seydiyev uzun müddətdir bir neçə klubun istədiyi futbolçu idi. Ona görə də bu transferi baş tutdu.

Hər zaman gənc futbolçularımıza edilən təklifləri dəyərləndirməyə hazırıq. Hal-hazırda başqa yetirmələrimiz üçün ciddi bir təklif yoxdur. Amma olarsa vəziyyətə uyğun qərar veriləcək"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi Amin Seydiyevin "Sabah"a transferinin pulla bağlı olmadığını bildirib: "Seydiyevlə bağlı digər klublarımızdan "Sabah"ın təklif etdiyi məbləğdən daha sərfəli təkliflər almışdıq.

Burada transferə yanaşma, futbolçunun öz şərtləri və istəyi də var. Biz də akademiya uşaqlarının daha çox inkişafında maraqlıyıq.

Hər kəs bundan əmin ola bilər ki, "Sabah" yüksək məbləğ təklif etdi deyə, Amini onlara satmamışıq. Hətta "Sabah"ın təklifindən 20-30% daha yüksək məbləğ təklif edən var idi.

Sadəcə futbolçumuzun "Sabah"da daha yaxşı inkişaf edəcəyini düşündük. Klub olaraq təkcə maddiyatı düşünmədik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"