“Qəbələ”nin prezidenti: "Bizə konkret vaxt qoyulmayıb"

18 May 2020 21:20 Qəbələ 1 013
“Qəbələ”nin prezidenti: "Bizə konkret vaxt qoyulmayıb"

Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz klubun koronavirus testindən keçməsi üçün beş min manat maliyyə vəsaiti ayırıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah” və “Səbail” koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb.

Ancaq paytaxtdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” isə bu barədə heç bir məlumat yaymayıb. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov itestdən keçmək üçün tələsmədiklərini deyib (oxu.az):

“Düzdür, beş min manat məbləğ hesabımıza AFFA tərəfindən köçürülüb. Lakin testdən keçmək üçün konkret bizə vaxt qoyulmayıb. Təbii ki, ayrılan məbləğlə testdən keçəcəyik. Amma bunun üçün klubların məşqlərə başlayacağı tarix bilinməlidir.

Çünki indi keçsək, məşqlərə başlamazdan əvvəl yenidən keçməli olacağıq. Əgər AFFA klublara məşqlərin və ya çempionatın bərpası barədə tarixi açıqlasa, biz də o zaman testdən keçəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?