"Qəbələ"nin baş məşqçisi: "Bu haqda nəsə deməyə çətinlik çəkirəm"

15 May 2020 17:24 Qəbələ 579
"Qəbələ"nin baş məşqçisi: "Bu haqda nəsə deməyə çətinlik çəkirəm"

"Qarşıdakı günlərdə Operativ Qərargahın verəcəyi qərarlardan sonra bilinəcək ki, klublar məşqlərə başlaya bilər ya yox"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Bölgə klubunun baş məşqçisi "Qəbələ"li futbolçuların da koronavirus testi verəcəyini bildirib: "Digər klublar kimi bizim də futbolçularda koronavirus testi edilib, sonra məşqlərə başlayacağıq. Rəhbərlik məlumat verəndən sonra bütün texniki heyət də testdən keçəcək"

Gənc mütəxəssi hansısa futbolçuda virus aşkarlanacağı halda bütün komandanın, yoxsa yalnız həmin futbolçunun karantinə alınacağı ilə bağlı qərarsız olduğunu bildirib:

"Bu sahə üzrə mütəxəssis deyiləm deyə nəsə deyə bilmirəm. Bu haqda nəsə deməyə çətinlik çəkirəm. Bu sahə üzrə qrumlar var ki, belə bir hal baş versə, yəqin ki, lazımı tədbirlər görəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"