"Qəbələ" Azərbaycan futbolunun gələcəyidir!

7 May 2020 21:00 Qəbələ 560
"Qəbələ" Azərbaycan futbolunun gələcəyidir!

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi CIES yaşı 21-ə qədər olan futbolçuların oynama dəqiqələrinə görə milli çempionatların reytinq cədvəlini hazırlayıb.

Sportinfo.az xəbər verir ki, 93 liqanın araşdırıldığı siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.

Premyer Liqamız sıralamanınn 48-cisidi. Mövsümün startından yanvarın 1-dək olan perioda əsasən, Azərbaycan çempionatında yaşı 21-dən az olan futbolçular oyun müddətinin 12,6 faizini meydanda olub.

Bu baxımdan lider Slovakiya Super Liqasıdı - 29 faiz. İkinci və üçüncü yerlərdə 28,8 faizlik göstərici ilə Yeni Zelandiya və İrlandiya çempionatları qərarlaşıb.

CIES araşdırmanı klublar üzrə də aparıb. Bu baxımdan Azərbatcanda ən yüksək göstərici "Qəbələ"yə məxsusdu. Əyalət klubunun gəncləri ümumi oyun müddətinin 22,9 faizini meydanda olub.

"Sumqayıt"da bu göstərici 18,8 faiz, "Neftçi"də 12,8 faiz, "Sabah"da 12,2 faiz, "Səbail"də 10,1 faiz, "Zirə"də, 9,2 faiz, "Keşlə"də 7,7 faiz, "Qarabağ"da isə 7,2 faizdi.

Ümumi sıralamada lider Yeni Zlenadiya "Vellinqton Feniks"inin rezerv komandasıdı - 93,3 faiz. Sinqapur "Yanq Layons"u ikinci (81,1 faiz), İrlandiyanın UCD komandası isə üçüncüdü (78 faiz).

Digər Xəbərlər
Xəbər Lenti