Komandada qalacağı ilə bağlı suala konkret cavab...

5 May 2020 23:40 Qəbələ 563
Komandada qalacağı ilə bağlı suala konkret cavab...

“Artıq xeyli müddətdir ki, yaşıl meydanlardan uzaq qalmışıq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Qəbələ”nin futbolçusu Merab Qiqauri deyib.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin mayın 31-nə qədər uzadılmasına münasibət bildirən gürcüstanlı yarımmüdafiəçi buna üzüldüyünü söyləyib.

27 yaşlı orta sahə oyunçusu ev şəraitində məşqlərini davam etdirdiyini bildirib: “Futbolsuz çox darıxıram. Təbii ki, evdə hazırlıqlarımızı davam etdiririk.

Məşqçilər korpusunun verdiyi proqram üzrə çalışırıq. Təəssüf ki, çempionat hələ bərpa olunmayıb. Biz də vəziyyətin necə olacağını gözləyirik. Ümid edirəm ki, mövsümün qalan matçlarını keçirmək mümkün olacaq”.

Merab cari mövsüm Premyer Liqada 18 matçda iştirak edib. “Qəbələ” ilə müqavilə müddəti yaya qədər olan Qiqauri sözləşməsi bitdikdən sonra gedəcəyi, yoxsa mövsümün sonuna qədər komandada qalacağı ilə bağlı suala konkret cavab verməyib:

“Hələ heç nə məlum deyil. Hazırda hamımız Premyer Liqanın taleyini gözləyirik. Gələn mövsümlə bağlı indidən nəsə deməyim düzgün çıxmaz”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"