Türkiyə klubu “Qəbələ”nin haqlı iradı ilə razılaşdı: "Deyiblər ki, bilməmişik"

1 May 2020 09:28 Qəbələ 727
Türkiyə klubu “Qəbələ”nin haqlı iradı ilə razılaşdı: "Deyiblər ki, bilməmişik"

Türkiyənin həvəskar liqasında çıxış edən “Maltəpə Fındıklıspor” “Qəbələ”nin loqosundan yararlanır.

Maltəpə komandasının loqotipi heyrətamiz şəkildə Azərbaycan klubunun loqosuna oxşayır.

Daha bir maraqlı məqam budur ki, Qəbələ Azərbaycanın fındıq və qoz istehsalı ilə məşğul olan rayonlarından biri kimi tanınır. "Qəbələ" azarkeşləri buna etiraz edərək, klubun səhifəsinə şərhlər yazsalar da, istanbul təmsilçisi fanatları blok edib.

Qəbələnin eyniadlı klubu 2005-ci ildə yaradılıb. “Maltəpə Fındıklıspor” isə üç il əvvəl – 2017-ci ildə qurulub.

Sportinfo.az-a açıqlama verən "Qəbələ"nin baş meneceri Zaur Əzizov məsələdən xəbərdar olduqlarını və qarşı tərəflə danışdıqlarını bildirib:

"Xəbərimiz var bundan. Bizim əməkdaş bu haqda məlumat verdi. Həvəskar bir klubdur. Onlarla danışığımız olub. Deyiblər ki, bilməmişik. Loqonu dəyişəcəklərin bildirdilər. Yəqin ki, onlara da kimsə bu loqonu təklif edib".

Digər Xəbərlər
Xəbər Lenti