“Qəbələ”nin futbolçuları Premyer Liqanın ən yaxşıları sırasında

9 Aprel 2020 14:36 Qəbələ 465
“Qəbələ”nin futbolçuları Premyer Liqanın ən yaxşıları sırasında

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, mövsümdə 5 dəfə turun oyunçusu adına “qırmızı-qaralar”ın üzvü layiq görülüb.

Bu adı fərqli oyunçular qazanıb. Bunlardan üçü II, ikisi III dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb.

XIX turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (X tur), Merab Qiqauri (XI tur), Fernan Lopez (XIII tur) və Nikolas Raysel (XX tur) də hərəyə bir dəfə fərqlənib.

“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib.

Bunlar xorvatiyalı İvitsa Juniç (XIII, XVI, XIX, XX) və gürcüstanlılar Merab Qiqauri (V, VII, XI, XIII) ilə Davit Volkovdur (IX, X, XI, XIII). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil edilib.

Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov XI, XIII və XX, Fernan Lopez X, XI, XIII, Qismət Alıyev X, XI və XIX turlarda ən yaxşılar sırasında olub. Klesio Bauk (VII, XIII) bunu 2 dəfə bacarıb.

Ümumilikdə, mövsüm ərzində 13 oyunçu rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlərdən Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev XI, Rövlan Muradov XIII, Amin Seydiyevlə Nikolas Raysel XX turda fərqlənməyə müvəffəq olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı