"Ölkəmizi və klubumuzu Çempionlar Liqasında layiqli təmsil etməyə çalışacağıq"

31 Avqust 2021 23:00 Qəbələ 1 045
"Ölkəmizi və klubumuzu Çempionlar Liqasında layiqli təmsil etməyə çalışacağıq"

Bu gün Gənclər Liqasının Çempionlar yolunun püşkü atılıb. Ölkəmizi turnirdə təmsil edəcək "Qəbələ”nin 1-ci mərhələdəki rəqibi də müəyyənləşib. Təmsilçimiz bu mərhələdə "Alkmaar"la (Niderland) qarşılaşacaq.

Bölgə klubunun çalışdırıcısı Famil Xəlilov Sportinfo.az-a açıqlamasında püşkü dəyərləndirib: "Rəqibimiz Hollandiya çempionudur. Çox güclü rəqiblə düşmüşük. Buna baxmayaraq bizim futbolçuların da yetəri qədər beynəlxalq oyunlarda təcrübəsi var. Çünki bu il formalaşan komandamızın əksər üzvləri milli komandalarımızda beynəlxalq yarışlarda iştirak ediblər. Heyətdə təcrübəli futbolçularımız var. Yaxşı oyunla ökəmizi və klubumuzu layiqincə təmsil etməyə çalışacağıq".

Gənc mütəxəssis komandasının hazır olmaq baxımından Birinci Divizonda iştirakının faydalı olacağını bildib: "Əvəzedici komandamız bu ildən Birinci Divizionda iştirak edəcək. Əvəzedici komandanı formalaşdıranda 70-80% cavanlara üstünlük vermişik. Çempionlar Liqasında iştirak edəcək komandamız Birinci Divizioda oynamaqla təcrübə toplamış olacaq.

Əsas komandamızın heyətinə diqqət edəndə də görürük ki, bizi Çempionlar Liqasında təmsil edəcək komandada oynamağa yaşı uyğun gələn futbolçularımızın sayı az deyil. Bu bizə əlavə motivasiya verir. Çox güman ki, həmin futbolçulardan da istifadə edə biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!