"Qarabağ” üzərində qələbə üçün nə lazım olduğunu düşünürük”

3 Dekabr 2020 11:20 Qarabağ 354
"Qarabağ” üzərində qələbə üçün nə lazım olduğunu düşünürük”

"Bizim üçün çətin oyun olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Makkabi”nin (Təl-Əviv) kapitanı Şeran Yeini Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

34 yaşlı yarımmüdafiəçi bugünkü mətbuat konfransında matçın İstanbulda olmasını qəribə hal kimi qarşılayıb: “Hər iki komanda üçün neytral stadion olması qəribə haldır.

Hətta bəlkə də bizim üçün üstünlükdür. Hər halda, vəziyyət necə olur-olsun səfər oyunları həmişə çətindir. “Qarabağ”a qarşı ilk oyunumuz yaxın müddətdə olmuşdu.

Bizə yalnız 0:1 hesabı ilə məğlub oldular. “Sivasspor”la oyunlarının müqəddəratı da son dəqiqələrdə həll olundu. Bu üzdən çətin görüş olacağını güman edirəm”.

İsrail millisinin sabiq üzvü qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Bütünlüklə bu matça köklənmişik. Özümüzü hər şeyə hazırlamalıyıq.

Qrupdan çıxmaq çətin tapşırıqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Bu, inanılmaz təcrübə olar. Lakin indi bu barədə düşünmürük, yalnız “Qarabağ” üzərində qələbə üçün nə lazım olduğunu düşünürük”.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda