"Qarabağ” 100 minlik cərimə ilə razılaşmır: “Nurlan özü də etiraz edəcək”

28 Noyabr 2020 16:40 Qarabağ 656
"Qarabağ” 100 minlik cərimə ilə razılaşmır: “Nurlan özü də etiraz edəcək”

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futbol sahəsində fəaliyyətinə UEFA tərəfindən ömürlük qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, eyni zamanda, Ağdam klubu 100 min avro cərimə ödəyəcək.

Maraqlıdı, "Qarabağ" cəzanın yüngülləşdirilməsi və cərimənin azaldılması ilə bağlı UEFA-ya müraciət edibmi? Klubun direktoru Əmrah Çelikel cebhe.info-ya açıqlamasında bildirib ki, klub hazırda bunun üzərində işləyir:

"Nurlan bəyin özü bununla bağlı müraciət edəcək. Bu barədə biz onunla danışırıq. Cərimə məsələsi ilə bağlı da bizim etirazımız olacaq. Bunun üzərində işləyirik.

Biz Türkiyədə Elxan Məmmədovla bərabər idik. AFFA da bizə bu barədə kömək edəcək. Bu məsələ üzərində bərabər işləyəcək, birgə mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək