"Qarabağ" UEFA-ya nə istədiyini çatdırdı – SON DƏQİQƏ

27 Oktyabr 2020 10:52 Qarabağ 870
"Qarabağ" UEFA-ya nə istədiyini çatdırdı – SON DƏQİQƏ

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" Türkiyədə "Vilyarreal"ı (İspaniya) qəbul edəcək.

Ağdam təmsilçisi bu gün saat 17:00-da İstanbula yollanacaq. Komanda səfərə Bakı - İstanbul çarter reysi ilə yollanacaq.

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-u, saat 21:55-də Fatih Terim adına Başakşehir stadionunda keçiriləcək.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu "Sivasspor" və "Makkabi" ilə keçirəcəyi ev matçlarının da Türkiyədə düzənlənməsini istəyir.

Ağdam klubu artıq bununlda bağlı mövqeyini AFFA vasitəsilə UEFA-nın nəzərinə çatdırıb. Qitə futbol qurumu bu məsələyə önümüzdəkt günlərdə baxacaq.

Digər Xəbərlər
Xəbər Lenti