"Qarabağ"lı: "Şərtlər uyğun olsa, Beşiktaş"da oynayaram"

14 May 2020 14:22 Qarabağ 808
"Qarabağ"lı: "Şərtlər uyğun olsa, Beşiktaş"da oynayaram"

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını “Beşiktaş”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “qara qartallar”ın baş məşqçisi Sergen Yalçının köməkçisi bosniyalı ilə təmasa keçib.

Şehiç 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib. Məlumata görə, gənc mütəxəssisinin köməkçisi Çağdaş Atan Şehiçə zəng vuraraq “bizimlə çalışmaq istəyirsən?” söyləyib.

31 yaşlı qapıçısı isə cavabında “bəli, “Beşiktaş”da oynamağı çox istəyirəm. Ancaq hazırda “Ərzurumspor”a köklənmişəm. Transfer dönəmində şərtlər uyğun olarsa, orada oynamaq istəyərəm” deyib.

Türkiyə mətbuatı Sərgən Yalçının rəhbərlikdən israrla Şehiçi istədiyini yazıb. Təcübəli qapıçının maliyyətinin az olması transferin gərçəkləşmə ehtimalını artırır. Bonsiyalı oyunçunun mövsüm sonu “Ərzurumspor”la müqaviləsi sona çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var