Dünya çempionu milli, "Qarabağ" və Rəşad haqda danışdı

31 Mart 2020 19:02 Qarabağ 912
Dünya çempionu milli, "Qarabağ" və Rəşad haqda danışdı

«Futbolla o qədər yaxından maraqlanmıram, amma özüm hər həftə oynayıram».

Sportinfo.az xəbər verir ki, bu sözlər parataekvondo üzrə üçqat dünya və ikiqat Avropa çempionu Aynur Məmmədovaya məxsusdur.

Yığmanın Prezident təqaüdçüsü olan üzvü vaxt azlığı səbəbindən digər idman növlərini diqqətdə saxlamağa çətinlik çəkdiyini, bununla belə, «Qarabağ» və milli ilə maraqlandığını, Rəşad Sadıqovu tanıdığını bildirib:

«Gün ərzində cəmi 3-4 saat yata bilirəm. O qədər işim var ki… Məncə, uğur qazanmaq istənilən insanın özündən asılıdır. Bunun üçün sadəcə, səndə özünəinam hiss olmalıdır, gərək ruhdan düşməyəsən, çalışasan.

Futbol barədə məlumatım bir o qədər çox deyil. İmkan daxilində «Qarabağ» və millini izləməyə çalışıram. Bir dəfə mənə Rəşad Sadıqov barədə sual da veriblər.

Məşqlərdə bizə futbol da oynadırlar. Bəzən qapıda dayanıram, bəzən hücumda oynayıram. Futbol kontakt oyunudur, zədə almaq ehtimalın var. Lakin yığmada məşqçilər hər həftə futbol oynmalı olduğumuzu deyir».

Digər Xəbərlər
Xəbər Lenti