"Qarabağ"dan dünyanın məşhur klubuna gedəcəyini bilirmiş…

26 Mart 2020 19:02 Qarabağ 1 260
"Qarabağ"dan dünyanın məşhur klubuna gedəcəyini bilirmiş…

Rusiya mətbuatı cari mövsümün ilk hissəsində "Qarabağ"da forma geyinmiş, qış fasiləsində isə "Milan"a gedən Asmir Beqoviçdən yazıb.

Sportinfo.az xəbər verir ki, həmkarlarımız İngiltərə Premyer Liqasında çıxış etmək imkanı qazanmış bosniyalı futbolçular barədə araşdırma aparıb.

"Bornmut"dan 4 aylığa icarəyə götürülən Beqoviç "Qarabağ"ın heyətində Avropa Liqasının qrup mərhələsinin 6 oyununda meydana çıxıb və 11 top buraxıb.

Onların fikrincə, ölkəsinin millisinin kiperi ötən ilin sentyabrında Ağdam klubuna keçməklə, doğru seçim edib: "Beqoviç hətta keçən il çoxlarının təəccübünə səbəb olaraq Azərbaycana yollanmağa imkan tapdı.

O, hər şeyi xırda detallara kimi hesablamışdı. Gözəl bilirdi ki, "Qarabağ" avrokuboklarla oynayır, bu isə özünü bütün dünyaya bir daha göstərmək üçün əlavə səbəbdir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı