COP29

"Qarabağ" Azərbaycan üçün böyük iş gördü"

26 Fevral 02:10 Qarabağ 2 106
"Qarabağ" Azərbaycan üçün böyük iş gördü"

Sportinfo.az xəbər verir ki, Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun çıxışını dəyərləndirib.

O, "championat.com"a müsahibəsində qeyd edib ki, Lunyov "Qarabağ"ın "Braqa" ilə oyununda komandasına çox kömək edib.

"Braqa" ilə oyundan sonra Lunyovla danışdım. Onu təbrik etdim.

"Qarabağ" Azərbaycan üçün böyük iş gördü: Avropa Liqasının 1/8 final mərhələsi onlar üçün uğurdur.

"Braqa"nı keçmək çox çətin idi, amma "Qarabağ"ın oyunçuları əla idi. Lunyovun seyvləri də növbəti mərhələyə adlamaq üçün böyük töhfə verdi".

Kafanov Lunyovun ölkə xaricində oynayan rusiyalı qapıçılar arasında ən güclüsü olduğunu bildirib:

"Mən Lunyovu "Ufa"dakı karyerasının əvvəlindən tanıyıram. Ola bilsin ki, razılaşmasın, amma məncə, "Qarabağ"dakı oyunları onun karyerasının ən yaxşı dövrüdür.

Onu digər rusiyalı qapıçılarla müqayisə etmək düzgün olmazdı. Çünki biz avrokuboklarda çıxış etmirik.

Andrey Avropa Liqasının rəmzi komandasına da daxil edildi. Bu, yaxşı tanınmaqdır.

Xaricdə oynayan bütün rusiyalı qapıçıları izləyirik. Onların arasında indi ən güclüsü Andrey Lunyovdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"