Mahirdən ulduzla FOTO

24 Fevral 2020 22:20 Qarabağ 815
Mahirdən ulduzla FOTO

AVRO-2020-nin final mərhələsində iki qrup oyununu Bakıda keçirəcək Uels milli komandasının nümayəndələrinin ölkəmizə səfəri davam edir.

Sportinfo.az xəbər verir ki, böyük britaniyalılar otellərə və stadionlara baxış keçirməyə, infrastrukturla tanışlığa başlayıblar.

Baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin yer aldığı nümayəndə heyəti “Qarabağ”a məxsus “Azərsun Arena”da olub, stadion və bazanı gəziblər.

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Mahir Emreli arenaya təşrif buyuran Giqqzlə şəkil çəkdərək sosial şəbəkədə paylaşıb.

Digər Xəbərlər
Xəbər Lenti