"Qarabağ"ın "11"i britaniyalı canlı əfsanəyə verildi - FOTOLAR

24 Fevral 2020 16:28 Qarabağ 717
"Qarabağ"ın "11"i britaniyalı canlı əfsanəyə verildi - FOTOLAR

Avro-2020 qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Rayan Qiqqz bu gün ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionu, daha sonra isə klubumuzun bazası və "Azərsun Arena"da olub.

Klubuun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə adı yazılmış "Qarabağ"ımızın forması hədiyyə olunub.

Qiqqz sonda komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

Digər Xəbərlər
Xəbər Lenti