"Qarabağ"ın dadına yetişən yeni isim - FOTOREPORTAJ

19 Yanvar 14:23 Qarabağ 850
"Qarabağ"ın dadına yetişən yeni isim - FOTOREPORTAJ

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” ilk yoxlama matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüskək liqa təmsilçisi “Akademiya Klinçeni” ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Qurban Qurbanovun kollektivi bundan başqa daha 3 oyun keçirəcək. “Köhlən atlar” yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

"Qarabağ" - "Akademiya Klinçeni" 2:2
Qol: Abdullah Zubir, 10. Cavid Bayramov, 89.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 45. Rauf Hüseynli, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye.



































Xəbər Lenti
20 Fevral 23:20 Messi Ronaldodan danışdı
20 Fevral 18:48 "Sabah" uduzdu - VİDEO