Onqat Avropa çempionu Qurban Qurbanovun arxasında dayandı - FOTO

29 Avqust 23:40 Qarabağ 5 189
Onqat Avropa çempionu Qurban Qurbanovun arxasında dayandı - FOTO

Paracüdo üzrə ikiqat paralimpiya, dünya və onqat Avropa çempionu İlham Zəkiyev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək verib.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı idmançı təcrübəli mütəxəssislə fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Zəkiyev fotoya belə bir şərh yazıb:

“Tarix yazan məşqçi! İdmanda qələbə ilə yanaşı, şübhəsiz ki, məğlubiyyət də var. Qalib olan isə tək Allahdır. Başınızı dik tutun – biz hər zaman yanınızdayıq”!

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Niderland “Tvente”sinə uduzaraq (1:0, 1:4) avrokuboklarda mübarizəni dayandırıb.

Bundan sonra bəzi şəxslər Qurban Qurbanovun əleyhinə fikirlər səsləndirərək, onun istefa verməli olduğunu bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada